Mask bu maaşa türkcə bilən işçi axtarır

"SpaceX" şirkəti Türkiyədə "Starlink" internet xidmətini istifadəyə verməyə hazırlaşır. ABŞ-da yerləşən şirkət bu məqsədlə türkcə bilən "Starlink" nümayəndəsi axtarır.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, "SpaceX" "müştəri xidmətləri" və "müştəri nümayəndəsi" adlı vəzifələr üçün iş elanları dərc edib.

Türkiyədə peyk internet infrastrukturunu təmin etmək üçün şirkət türk, həm də ingilis dillərini bilən kadr axtarışına başlayıb. İş elanında əmək haqqı açıqlanıb.

Müvafiq olaraq 10 saatlıq iş üçün gündə 220 və 245 dollar təklif olunur.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskla görüşündə Türkiyənin kosmik proqramının həyata keçirilməsi çərçivəsində "SpaceX" ilə əməkdaşlığın mümkünlüyünü açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31