Argentinada təlim qəzası: 4 əsgər həyatını itirdi - ÖZƏL

Argentinada təlimə gedən hərbi maşının qəzaya uğraması nəticəsində 4 əsgər həyatını itirib, 18 əsgər isə yaralanıb.

Olaylar.az xəbər verir ki, ölkənin Neuken əyalətində San Martin de los Andes yaxınlığında 62 nömrəli yolda hərəkət edən hərbi maşın idarəetməni itirərək 12 metrdən yerə düşüb.

Qəzada 4-cü Dağ Süvari Alayının 4 əsgəri həyatını itirib, 18 əsgər isə yaralanıb.

Argentina mətbuatında dərc olunan xəbərdə əsgərləri daşıyan avtomobilin əyləclərinin partlayaraq idarəetməni itirdiyi bildirilib.

Ordudan verilən açıqlamada, bədbəxt hadisənin baş verdiyi və hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31