ÜST: Liviyada sel fəlakətindən sonra heç bir epidemiya aşkar edilməyib - ÖZƏL
22 Sentyabr 2023 21:15 DünyaÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) daşqının baş verdiyi Liviyada heç bir epidemiya aşkar edilmədiyini bildirib.
Olaylar.az xəbər verir ki, ÜST-nin Liviya Nümayəndəsi Əhməd Zouiten BMT-nin Cenevrə ofisində onlayn iştirak etdiyi həftəlik mətbuat konfransında daşqınlardan zərər çəkmiş Liviyada son vəziyyətlə bağlı qiymətləndirmələr edib. Başda Derne şəhərində baş verən fəlakətin yaratdığı mənzərədən çox təsirləndiyini deyən Zouiten, minlərlə insanın yaxınlarını və evlərini itirdiyini bildirib.
"İnsanların keçirdiyi psixi travmanın miqyasını təsvir etmək mümkün deyil. ÜST vəba dəstləri də daxil olmaqla təcili tibbi yardım vasitələri paylayıb və səhiyyə xidmətinə çıxışı təmin etmək üçün yerli hakimiyyət orqanları ilə işləyir. Bəzi çətin əldə edilən ərazilər üçün səyyar klinikalardan istifadə edəcəyik". Zouiten bildirib.
Mümkün bir epidemiyaya qarşı hazırlıq və yoxlamaların davam etdiyinə diqqət çəkən Zouiten, Dernedə yüzlərlə ishal hadisəsinin bildirildiyini, lakin bunun böyük bir şəhər üçün qeyri-adi bir vəziyyət olmadığını ifadə etdi.
Zouiten daşqının baş verdiyi Liviyada heç bir epidemiyanın aşkar edilmədiyini təsdiqləyib.
Liviyada daşqın
Sentyabrın 10-da Mərkəzi Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe 11 sentyabrda daşqın səbəbilə ölkə daxilində 3 günlük matəm elan edib və Liviya Prezident Şurası daşqından zərər çəkmiş bölgələr üçün qardaş ölkələrə və beynəlxalq qurumlara yardım çağırışı edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Jasareviç, Liviyada sentyabrın 19-da baş verən daşqınlarda 3 min 998 adamın həyatını itirdiyini, 8-9 min adamın isə hələ də itkin olduğunu bildirib.