Antalyada narkotik ələ keçirildi - ÖZƏL
22 Sentyabr 2023 21:05 DünyaAntaliyada jandarma tərəfindən həyata keçirilən əməliyyatda 2 min 570 ekstazi narkotik həb və yarım kilo skunk maddəsi ələ keçirilib.
Antaliyada jandarma tərəfindən həyata keçirilən əməliyyatda 2 min 570 ekstazi narkotik həb və yarım kilo skunk maddəsi ələ keçirilib. Antalya Vilayəti Jandarma Komandanlığı Kəşfiyyat Şöbə Müdirliyi və Kəpəz Bölgə Jandarma Komandirliyi qruplarına Kəpəz rayonunda şübhəli bir şəxsin narkotik vasitəni bazara çıxaracağı barədə məlumat daxil olub.
Antalya Respublika Baş Prokurorluğunun təlimatı ilə əməliyyat keçirən qruplar şübhəli şəxsi yaxalayıb.
Şübhəlinin evində edilən axtarışlar zamanı 2 min 570 ədəd "Ecstacy" dərman həbi və 500 qram skunk narkotiki ələ keçirildi.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.