Danimarka Ukraynaya çatdırılan Leopard tanklarında qüsurlar olduğunu açıqlayıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Danimarkanın Ukraynaya təhvil verdiyi Leopard 1A5 tanklarının yarıdan çoxunda qüsur aşkar edilib. 
Danimarkanın müdafiə naziri Truls Lund Poulsenin izahat məktubunun mətninə əsasən , 10 tankda, Almaniya rəsmilərinin bildirdiyinə görə, bəzi kiçik qüsurlar var. Ukraynaya təhvil verilmiş daha 10 tankın hələ də Polşada olduğu dəqiqləşir  .
"Bu tanklardan ikisinin ciddi zədələndiyi bildirilir", - deyə nazir açıqlamasında bildirib.
Bundan əvvəl "Der Spiegel" yazıb ki, Ukrayna keçən həftə Almaniyadan alınan on "Leopard 1A5" tankını texniki vəziyyəti qənaətbəxş olmadığı üçün qəbul etməkdən imtina edib .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31