Rusiya və ABŞ məhbusların dəyişdirilməsi ilə bağlı ünsiyyəti davam etdirir - ÖZƏL

"Rusiya və ABŞ xüsusi xidmət orqanları məhbusların dəyişdirilməsi ilə bağlı ünsiyyəti davam etdirir".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

O, bu bəyanatı Bruklindəki ABŞ federal inzibati həbsxanasında Rusiya vətəndaşlarına baş çəkdikdən sonra verib.
Səfir bildirib ki, Rusiya və ABŞ xüsusi xidmət orqanları 2021-ci ildə məhbusların mübadiləsini müzakirə etmək üçün rabitə xətti yaradıblar. Onun sözlərinə görə, bu, Viktor But və Konstantin Yaroşenkonun Rusiyaya qayıtmasına kömək edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31