Rusiyada iki ukraynalı general axtarışa verilib - ÖZƏL
22 Sentyabr 2023 13:06 DünyaRusiya Daxili İşlər Nazirliyi ukraynalı generallar Mixail Drapatı və Viktor Nikolyuku axtarışa verib.
Bundan əvvəl Rusiya İstintaq Komitəsi Nikolyuk və Drapatıya qiyabi ittiham irəli sürüldüyünü bildirmişdi.
Hüquq-mühafizə orqanının məlumatına görə, 2017 və 2019-cu illərdə Ukraynanın birləşmiş qüvvələrinin əməliyyatına bu şəxslər rəhbərlik edib . Onların rəhbərliyi altında Ukrayna Silahlı Qüvvələri DXR və LXR-in məskunlaşdığı ərazilərə 70-dən çox hücum həyata keçirib. Nikolyuk "Şimal" qoşun qrupuna, Drapatı isə "Xerson" əməliyyat qoşun qrupunun komandiri idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31