Alternativ taxıl dəhlizinə daxil olan ikinci gəmi Ukrayna limanını tərk edib - ÖZƏL
22 Sentyabr 2023 11:32 DünyaOlaylar.az xəbər verir ki, Ukraynanın Qara dənizdəki alternativ taxıl dəhlizi ilə Çernomorsk limanına üz tutan Palau bayraqlı "Aroyat" gəmisi 17,6 min ton buğda ilə limandan çıxıb və Misirə gedib . Bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov məlumat verib.
Onun sözlərinə görə, bu, ikinci gəmidir ki, Asiya ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracı məqsədilə mülki gəmilərin Ukrayna limanına daxil olması üçün müvəqqəti dəhlizdən istifadə edib.
Kubrakov bildirib ki , gəminin heyəti Azərbaycan , Albaniya , Belçika , Misir və Türkiyə vətəndaşlarından ibarətdir .
Həmçinin bu ay "Resilient Africa" yükdaşıyıcısı Çernomorskdan 3 min ton buğda daşıyıb. Hər iki gəmi sentyabrın 16-da Çernomorsk limanına daxil olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31