ABŞ yaxın günlərdə Ukraynaya Abrams tanklarını tədarük edəcək - ÖZƏL
22 Sentyabr 2023 11:23 Dünya"Pentaqon Ukraynanın yaxın günlərdə və ya həftələrdə Abrams tanklarını alacağını gözləyir".
Olaylar.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder bildirib.
Mətbuat katibi qeyd edib ki, "Abrams" tanklarının Ukraynaya daşınması plan üzrə gedir. O, əməliyyat təhlükəsizliyini əsas gətirərək tankların Ukraynaya gəlişi üçün hər hansı konkret tarix deməkdən çəkinib, lakin qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi tankların yaxın günlərdə və həftələrdə gəlməsini gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31