Priqojinin biznesini bu şəxs idarə edir

"Vaqner"in keçmiş rəhbəri Yevgeni Priqojinin Mərkəzi Afrika Respublikasındakı (MAR) biznesini Rus Evinin rəhbəti Dmitri Sıtıy idarə edir.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Sıtıy "Vaqner"in MAR-dakı bazadan qızıl, almaz və taxta-şalban ixrac etmək üçün istifadə etdiyi daşıma şirkətləri şəbəkəsinə nəzarət edir. Bildirilib ki, Rus Evinin rəhbəri həm də "Vaqner"in maliyyələşdirdiyi KİV-lərə də rəhbərlik edir.

Qeyd edək ki, avqustun 23-də "Vaqner" rəhbəri Yevgeni Priqojin təyyarə qəzası nəticəsində ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31