Ermənistanda aksiyada müxalifət lideri saxlanıldı - VİDEO
22 Sentyabr 2023 10:25 DünyaErmənistanda aksiyada müxalif "Ana Ermənistan" partiyasının lideri Andranik Tevanyan saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Andranik Tevanyan bir qrup etirazçı ilə birlikdə Saryan küçəsində yolu bağlayıb. Həmin küçədə yerləşən məktəbin şagirdlərinin də bir hissəsi dərsi yarımçıq qoyaraq etirazçılara qoşulublar.
Hadisə yerinə gələn polis Tevanyanı və daha bir neçə nəfəri polis bölməsinə aparıb.
Qeyd edək ki, artıq üç gündür ki, İrəvanda Paşinyan hökumətindən narazı vətəndaşlar etiraz aksiyası keçirir. Onlar baş nazir Nikol Paşinyan və komandası istefaya gedənədək etirazları davam etdirəcəklərini bildiriblər. Etirazçılar İrəvanda bir neçə küçəni bağlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31