"NATO qlobal ittifaqa çevrilməyəcək"

NATO regional ittifaq olaraq qalacaq və qlobal müdafiə təşkilatına çevrilmək niyyətində deyil.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

"NATO Şimali Amerika və Avropa arasında regional ittifaq olaraq qalacaq. Hər hansı genişlənmə olarsa, bu, Avropa ölkələri olacaq. NATO qlobal kollektiv müdafiə təşkilatına çevrilməyəcək", - o, Nyu Yorkda keçirilən forumda deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31