ABŞ Konqresi Zelenskini dinləməyəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkarti Ukrayna lideri Volodimir Zelenskinin ABŞ parlamentinin birgə iclasında çıxış etmək istəyini rədd etdiyini bildirib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "NBC News" məlumat yayıb.

Onun sözlərinə görə, məşğul qanunvericilik həftəsini nəzərə alsaq, bunun üçün vaxt yoxdur.

Makkarti Zelenskinin artıq qanunvericilərlə görüşdüyünü xatırladıb. O əlavə edib ki, Ukrayna lideri Böyük Britaniya və İtaliya hökumət başçılarının 2023-cü ildə səfəri zamanı eyni şəkildə qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31