"Dünya nüvə müharibəsinin astanasındadır"
21 Sentyabr 2023 19:39 DünyaDünya nüvə müharibəsinin astanasındadır.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Roma Papası Fransisk deyib.
O, ölkələri nüvə silahlarını aradan qaldırmağa, digər silahlardan isə yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb.
"Dünyamız hissə-hissə aparılan üçüncü dünya müharibəsinin məngənəsində qalmaqda davam edir. Ukraynadakı münaqişənin faciəvi vəziyyətində nüvə silahından istifadə təhlükəsi qalmaqdadır. İndiki vəziyyət bizə 1962-ci ilin oktyabrında Kubadakı raket böhranında olduğu kimi, dünyanın nüvə müharibəsi astanasında olduğunu göstərir. Nüvə silahları olmadan da bir dünya mümkündür və bu, zəruridir", - deyə Papa Fransisk vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31