Rusiya hökuməti benzin və dizel yanacağının ixracını müvəqqəti məhdudlaşdırıb - ÖZƏL
21 Sentyabr 2023 16:48 DünyaRusiya hökuməti daxili bazarı sabitləşdirmək üçün benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyət tətbiq edib.
Olaylar.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
"Rusiya avtomobil benzini və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Bu barədə fərmanı baş nazir Mixail Mişustin imzalayıb. Qərar daxili bazarda yanacağın qiymətlərini sabitləşdirmək məqsədi daşıyır", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31