Rusiyaya qarşı hibrid müharibə aparılır - ÖZƏL
21 Sentyabr 2023 15:06 Dünya"Qərb ölkələri Rusiyanı məhv etmək üçün hibrid müharibə aparır və Ukraynadakı vəziyyət bu müharibədə alət kimi istifadə olunur".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Hazırda anqlo-saksonlar, NATO və onların əlaltıları Ukraynadakı vəziyyətdən Rusiyanı hərbi və iqtisadi cəhətdən tükəndirmək və onun qlobal miqyasını azaltmaq üçün əsas vasitələrdən biri kimi istifadə edərək, onun suverenliyini və ərazi bütövlüyünü pozmaq məqsədi ilə ölkəmizə qarşı hibrid müharibəyə başlayıblar" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31