Rumıniya Ukrayna taxılının idxalını dayandırıb - ÖZƏL

Rumıniya Ukrayna taxılının idxalını 30 gün müddətinə dayandırıb. 

Olaylar.az xəbər verir ki, məlumata görə, bu qərarı Rumıniyanın kənd təsərrüfatı naziri Florin Barbu açıqlayıb. Onun sözlərinə görə, 30 gün ərzində hər iki ölkənin hakimiyyəti məhdudlaşdırıcı ixrac lisenziyaları ilə bağlı dəqiq şərtlər müəyyən etməlidir.
Nazir həmçinin qeyd edib ki, Rumıniya və Ukrayna hakimiyyəti idxala lisenziyalaşdırma planı hazırlamalıdır. Barbu qeyd edib ki, bu, yalnız əsaslandırılmış və yoxlanılmış hallarda mümkün olacaq. Məsələn, bu, yem çatışmazlığı yaşadıqlarını sənədləşdirmiş fermerlərə şamil edilə bilər.

Sentyabrın 15-də Avropa Komissiyası Ukraynanın kənd təsərrüfatı məhsullarının regional birlik ölkələrinə ixracına qoyulan qadağanı aradan qaldırmaq barədə qərar qəbul edib . Eyni zamanda, Kiyev hakimiyyəti üç gün ərzində xaricə taxıl ixracına nəzarəti nəzərdə tutan fəaliyyət planı hazırlamağa söz verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31