Avropada qaz bahalaşmaqda davam edir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropada təbii qazın qiyməti son altı ayda külək stansiyalarından rekord enerji istehsalına və yeraltı anbarlarda böyük qaz ehtiyatlarına baxmayaraq, sürətlə artmaqda davam edir.

Sentyabrın 20-də Hollandiyadakı Avropa TTF mərkəzində qazın spot qiyməti min kubmetr üçün 430 dollardan yuxarı qalxıb. Bu, sentyabrın əvvəlindən bəri ən yüksək səviyyədir. WindEurope assosiasiyasının məlumatına görə, sentyabrın 19-da Avropada külək istehsalı elektrik enerjisinə olan tələbatın 26,3%-ni təmin edib. Bu, son altı ayın rekord göstəricisidir.

Bununla yanaşı, Avropada yeraltı qaz anbarlarının doldurulma səviyyəsi 94,24%-ə çatıb ki, bu da son beş ildəki orta göstəricidən 9 faiz bəndi çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31