Macarıstan Avropa İttifaqını digər ölkələri şantaj etməkdə ittiham edib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa Avropa İttifaqını təşkilatın ümumi siyasət xəttindən kənara çıxan ölkələri şantaj etməkdə ittiham edib.

"Həqiqətən vacib olan məsələlərə güclü baxışı olan güclü milli mühafizəkar hökumətə görə Macarıstanla ikili standart mövcuddur. Biz avropalıyıq, lakin fərqli fikirdəyik və Aİ-də əsas xəttə əməl etməyənləri şantaj edirlər", - deyə Varqa qeyd edib.

Onun sözlərinə görə, Macarıstan digər Aİ ölkələrinin "açıq qapı" prinsipinə əsaslanan miqrasiya siyasətinin nəticələrini də ödəməli deyil. Macarıstan Avropanın müsəlman qitəsinə çevrilməsinin qarşısını almaq istəyir və miqrant axınını dayandırmağa hazırdır, deyə Varqa yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31