Norveç Rusiya avtomobillərinin ölkədə istifadəsini məhdudlaşdırmağı planlaşdırır - ÖZƏL
20 Sentyabr 2023 15:09 DünyaNorveç Xarici İşlər Nazirliyi ölkədə Rusiya avtomobillərinin istifadəsini məhdudlaşdırmaq üçün çalışır. Olaylar.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Peterson məlumat yayıb.
" Finlandiya kimi , Norveç də Rusiyada qeydiyyatdan keçmiş avtomobillərin Norveçə idxalına və istifadəsinə məhdudiyyətlər tətbiq edəcək. Biz indi bunun necə təşkil oluna biləcəyini öyrənirik və tez bir zamanda effektiv tədbirlər təqdim edəcəyik", - deyə dövlət katibi bildirib.
Norveç idxalı qadağan edib, lakin Rusiya nömrəli avtomobillərdən müvəqqəti istifadəyə icazə verib.
Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa sentyabrın 13-dən etibarən Latviya , Litva və Estoniyada tətbiq olunmağa başlayıb . Finlandiya oxşar tədbirləri sentyabrın 16-da tətbiq edib . Norveç Rusiya Federasiyası ilə həmsərhəd olan son Şengen ölkəsi olaraq qalır və ruslar hələ də avtomobillə daxil ola bilərlər.