Ukrayna Silahlı Qüvvələrinin 25 minə yaxın əsgəri əzalarını itirib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Ötən ilin fevral ayından bəri Ukraynadakı münaqişə nəticəsində 25 minə yaxın ukraynalı hərbçi əzalarını itirib ki  , bu da Amerika qoşunlarının  İraq və  Əfqanıstandakı 20 il ərzində şikəst olanlardan 10 dəfə çoxdur. Bu barədə amerikalı həkim Mayk Korkorana  məlumat yayıb. 

Korkoran bəzi ukraynalı döyüşçülərin reabilitasiyadan keçdiyi ortopediya və protez tibb mərkəzinin yaradıcılarından biridir.

Həkimin sözlərinə görə, neçə əsgərin əzalarını itirdiyini dəqiq hesablamaq çox çətindir, say daha çox ola bilər.

Avqustun əvvəlində Amerikanın The Wall Street Journal nəşri Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri qolunu və ya ayağını itirmiş Ukrayna sakinlərinin sayının 20-50 min nəfər arasında olduğunu bildirmişdi.

Nəşrin məlumatına görə, bu qiymətləndirmə xeyriyyə və tibb təşkilatlarının, eləcə də protez istehsal edən şirkətlərin nəşrlərinə əsaslanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31