Ermənistanda etiraz aksiyalarında 36 nəfər yaralanıb

Ermənistanda etiraz aksiyaları davam edir və yaralananların sayı artıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabinetinin binasının qarşısında keçirilən etiraz aksiyası zamanı yaralananların sayı 36-ya çatıb.

Yaralananlardan bir hissəsi xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyalarında 16 nəfər tutulub. Onlardan 11 nəfər hökumət binasının qarşısında, 5 nəfər isə Rusiyanın İrəvandakı səfirliyinin qarşısında saxlanılıb.

Xatırladaq ki, dünən İrəvanda hökümət binasının qarşısında etiraz aksiyası keçirilib. Hökumət evinin qarşısında çadır quran etirazçılar Paşinyan istefa verənə qədər orada qalacaqlarını deyiblər.

Bundan başqa, etirazçılar Rusiyanın İrəvandakı səfirliyinin qarşısında da toplaşaraq səfirliyin girişini bloklayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31