Pentaqon ABŞ-da ukraynalı pilotların F-16-da təlim keçməsini dəstəkləyib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Pentaqonun rəhbəri Lloyd Austin bildirib ki, ABŞ öz ərazisində F-16 qırıcılarını idarə etmək üçün ukraynalı pilotların hazırlanmasını dəstəkləyir. O, bu barədə Ukrayna üzrə təmas qrupunun iclasında bildirib.
Ukraynalı pilotlar təlimlərini ilin sonuna kimi başa vura bilərlər, lakin onların döyüş tapşırıqlarını yerinə yetirməyə başlaması daha çox vaxt aparacaq.
Daha sonra onlar Avropaya qayıdaraq təyyarələrə texniki xidmət üzrə əlavə təlim keçəcəklər.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirmişdi ki, Berlin F-16 qırıcılarını idarə etmək üçün ukraynalı pilotlara təlim keçməyi planlaşdırmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31