Rusiya Türkiyədən Qarabağ üzrə dördtərəfli görüş barədə təklif almayıb - Zaxarova

Rusiya Türkiyə tərəfindən Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə liderlərinin Qarabağ üzrə dördtərəfli görüşünün keçirilməsi ilə bağlı hələ ki rəsmi müraciət almayıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

"Bununla bağlı materialları KİV-də görmüşük, lakin Türkiyə tərəfindən hələ ki rəsmi müraciət almamışıq", - Rusiya XİN nümayəndəsi deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31