Finlandiya həftəsonu Rusiya nömrəli avtomobillərin yarısını ölkəyə buraxmayıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, ötən həftə sonu, sentyabrın 16-17-də Finlandiya gömrük orqanları Rusiyada qeydiyyatda olan 37 avtomobili ölkəyə buraxmayıb. 

"Həftəsonu Rusiyada qeydiyyatda olan 81 avtomobil Finlandiya ilə sərhədə gəlib. Onlardan 37-si   Rusiya Federasiyasına və ya Norveçə qayıtmaq məcburiyyətində qalıblar ", - deyə məlumatda deyilir.

Gömrük xidmətinin məlumatına görə, Rusiya qeydiyyatında olan 44 avtomobilin Finlandiyaya girişi üçün əsas olub. Eyni zamanda, yeni məhdudiyyətlərin tətbiqindən sonra Rusiya Federasiyası və Finlandiya sərhədində avtobusların hərəkəti artıb. Qeyd olunur ki, Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa tətbiq edildikdən sonra sərhəddə hərəkətin intensivliyi azalıb. Əgər adətən Finlandiyaya gündə 600-700 nəfər daxil olursa, şənbə günü bu rəqəm 95 nəfərə, bazar günü isə 40 nəfərə düşüb.

Gömrük xidməti vurğulayıb ki, ölkəyə giriş qadağası insanlara deyil, nəqliyyat vasitələrinə aiddir. Finlandiyaya girmək üçün səbəbi olan Rusiya vətəndaşları avtomobillərini sərhədin Rusiya tərəfində qoyub avtobusla səyahətlərinə davam edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31