Polşa Aİ-nin miqrasiya planlarına xüsusi qətnamə ilə cavab verəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşanın baş naziri Mateuş Moravetski yeni seçki videoçarxında bildirib ki, ölkə hakimiyyəti Avropa İttifaqının miqrantların bölüşdürülməsi planlarına cavab olaraq xüsusi miqrasiya qətnaməsi qəbul etməyi planlaşdırır.

O qeyd edib ki, bu qətnamədə Polşa hakimiyyəti qeyri-qanuni miqrasiyadan imtina etdiyini ifadə edəcək.

"Biz bunu etməliyik, çünki Avropa Komissiyasının rəhbəri Lampeduzaya səfərindən sonra Avropa üçün daha bir fəlakətli plan elan etdi" deyə baş nazir bildirib.

Sentyabrın 16-da İtaliyanın baş naziri Giorgi Meloni Avropa İttifaqından ölkəyə miqrant axınının azaldılmasına kömək etməyi xahiş edib . O, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni , Şimali Afrikadan minlərlə miqrantın qayıqla gəlməsi ilə əlaqədar baş verən fövqəladə vəziyyəti görmək üçün İtaliyanın Lampeduza adasına şəxsən baş çəkməyə dəvət edib.

Sentyabrın 14-də qeyri-qanuni miqrantların sayının yerli sakinlərin sayından çox olduğu İtaliyanın Lampeduza adasının hakimiyyət orqanları miqrantlarla polis arasında iğtişaşlar baş verdiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31