Bir çox ölkələr anlayır ki, silah tədarükü Ukraynada sülhə mane olur – ÖZƏL
19 Sentyabr 2023 11:11 Dünya"Bir çox ölkələr Kiyev hakimiyyətini silahla təmin edən Qərb ölkələrinin Ukrayna böhranının sülh yolu ilə həllinə mane olduğunu bilirlər".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
"Bu mövzuda keçirdiyimiz görüşlərdə edilən çıxışlara nəzər salsanız, görərsiniz ki, bir çox insanlar kimin necə olmasından asılı olmayaraq, Ukraynada və ya Ukrayna ətrafında sülh yolu ilə nizamlanmanın əldə olunmasına mane olan amil kimi Qərb silahlarının tədarükünü görür" - Polyanski, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31