Rusiyanın BMT-dəki statusunun dəyişdirilməsi təşkilatı bölmədən mümkün deyil - ÖZƏL

"ABŞ-ın istəmədiyi dünya təşkilatını parçalamadan Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı statusunun dəyişdirilməsi mümkün deyil".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

"ABŞ zaman-zaman belə bir fikir yaratmağa çalışır ki, o, islahatı çox fəal dəstəkləyir və biz guya bunun əleyhinəyik, guya o, bizim Şura və BMT-də statusumuza təsir etmək üçün hansısa addımlar ata bilər" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31