Almaniyalı nazir koronavirusa yoluxdu
19 Sentyabr 2023 10:41 DünyaAlmaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun ardınca Almaniyanın maliyyə naziri Kristian Lindner koronavirusa yoluxub.
Olaylar.az Medicina.az -a istinadən xəbər verir ki, K.Lindnerin koronavirusla bağlı testi pozitiv çıxıb. Bununla əlaqədar olaraq, nazirin yaxın günlərdə keçiriləcək bütün görüşləri ləğv edilməli olub.
Maliyyə Nazirliyinin rəhbərində xəstəliyin yüngül simptomları var. O evdən işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31