"Yeni humanitar addımlar atıla bilər"

Məhbus mübadiləsindən sonra Vaşinqton və Tehran arasında yeni humanitar addımlar atıla bilər.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi deyib.

"Bu, sırf humanitar aksiya idi. Sözsüz ki, bu, gələcəkdə digər humanitar addımların atıla biləcəyi bir addım olacaq", - Rəisi bildirib.

Qeyd edək ki, avqustun 10-da ABŞ və İran əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31