Hakan Fidan hollandiyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan hollandiyalı həmkarı Hanke Bröyns Slot ilə görüşüb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, görüş Türkiyənin xarici işlər nazirinin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət etdiyi Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində baş tutub.

Görüş zamanı ikitərəfli əlaqələr, NATO-nun genişlənməsi, Ukraynada baş verən son hadisələr və Niderlandda Qurani-Kərimə qarşı hücumlar müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31