BMT baş katibinin müavini qəzaya düşdü
18 Sentyabr 2023 21:59 DünyaBMT Baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Melissa Fleminq qəzaya uğrayıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fleminq X hesabında yazıb.
"Nyu Yorkda Baş Assambleya başlayanda bütün yollarda xaos hökm sürür və sürücülər qıcıqlanır. Mən həmişə velosipedi seçirəm, amma bu gün gözlənilmədən sürətlə hərəkətə edən və işıqforun qırmızı işığında keçən avtomobil səbəbindən qəzaya düşdüm. Bəxtim gətirdi ki, qançırlar və kəsiklərlə xilas oldum", - xanım diplomat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31