Putin ərzaq embarqosunu uzatdı - BU TARİXƏDƏK
18 Sentyabr 2023 20:41 DünyaRusiya sanksiyalara cavab olaraq 2014-cü ildə tətbiq edilən ərzaq embarqosunu daha 10 il uzadıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Putinin imzaladığı sərəncamda deyilir.
Məlumata görə, embarqonun bir hissəsi olaraq, iqtisadi sanksiyalar tətbiq edən dövlətlərdən ölkəyə ət və süd məhsulları, balıq, tərəvəz, meyvə və qoz-fındıq idxalı qadağandır.
Qeyd olunub ki, embarqo Avropa İttifaqı, ABŞ, Avstraliya, Kanada, Norveç, İslandiya, Lixtenşteyn, Albaniya və Monteneqroya şamil edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31