Fransa səfiri Rusiya XİN-ə çağırıldı
18 Sentyabr 2023 19:04 DünyaFransanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, G20 Sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransında rusiyalı jurnalistlərin iştirakına icazə verilmədiyi üçün səfir nazirliyə çağırılıb.
Rusiya XİN-in bəyanatında həmçinin deyilir ki, Parisin Rusiyadan olan jurnalistlərə qarşı ayrı-seçkiliyə görə üzr istəməkdən imtina etməsi Fransanın Rusiya mediasına münasibətdə ayrı-seçkilik siyasətinə sadiqliyini nümayiş etdirir.
Qeyd edək ki, sentyabrın 9 -da Hindistanın paytaxtı Nyu-Dehlidə "Böyük İyirmiliy"in (G20) "Bir dünya, bir ailə, bir gələcək" adlı sammiti keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31