İki ölkə arasında məhbus mübadiləsi baş tutdu

İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə " Agence France-Presse" (AFP) xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ və İran arasında baş tutan mübadilə çərçivəsində azad edilmiş 5 amerikalı məhbusu daşıyan Qətərə məxsus təyyarə Tehran hava limanından havaya qalxıb və Dohaya yola düşüb.

Mübadilə zamanı ABŞ-da azadlığa buraxılan beş iranlı məhbusdan ikisi Mehrdad Moeen Ansari və Reza Sarhangpur Qətərin paytaxtı Dohaya gediblər.

Həmin şəxslərlə yanaşı, ABŞ-da həbsdə olan daha üç iranlı məhbus da azadlığa buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31