Fransa Avropanı qaçqın axınını məhdudlaşdırmağa çağırıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransanın daxili işlər naziri Gerald Darmanin İtaliyanın Lampeduza adasında kritik miqrasiya böhranı fonunda Avropa İttifaqını (Aİ) qaçqınlarla bağlı siyasətinə yenidən baxmağa çağırıb . Onun sözlərinə görə, Aİ möhkəmlik siqnalı göndərməlidir.

"Əgər siyasi səbəblərə görə təqib olunan sığınacaq axtaranlar varsa, onların qaçqın olduqları açıq-aydın görünür. Və bu halda Fransa  həmişə olduğu kimi, bu insanları yerləşdirə bilər", - deyə Darmanin bildirib.

Bununla belə, Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, miqrantların 60%-də himanitar problemin olmadığı  Kotdivuar, Qvineya , Qambiya kimi ölkələrdən gəlirlər.

O, sığınacaq tələblərinə dərhal baxarkən, "Avropa Birliyinin xarici sərhədlərini qorumaq və miqrantlar uyğun deyilsə, onları ölkələrinə geri göndərmək lazım olduğunu söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31