Rusiya Cənubi Qafqazda mövqelərini itirə-itirə gedir - ÖZƏL
18 Sentyabr 2023 13:46 Dünya"Rusiya və Ermənistan arasında hər gün artan soyuq münasibətlər fonunda yaranan gərginlik daha da dərinləşməkdədir. Rusiya, Ukrayna müharibəsindən dolayı dünyadakı əlaqələrini itirməklə yanaşı, həmçinin ölkənin daxilində iqtisadi və maliyyə baxımından zəifləməkdə davam edir. Bu Cənubi Qafqazda Rusiyanın mövqelərinə də ciddi şəkildə ziyan vurur". "OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, bundan dolayı Rusiya bulunduğu bütün coğrafiyalarda olduğu kimi, Cənubi Qafqazda da öz mövqelərini itirə-itirə gedir:
"Bunu fürsət bilən Fransa və ardınca ABŞ, Rusiyanın Cənubi Qafqazda itirdiklərinə sahiblənmək üçün Ermənistan üzərindən ölkəmizə qarşı və yaxud da Rusiyanın yolunu davam edərək, yaraşmayan və siyasi baxımdan balanslaşdırılmamış siyasi addımlar atmağa başladılar. Burada biz yenidən Ermənistandan istifadə edilməsini görürük və Ermənistan da öz növbəsində hər zaman olduğu kimi indi də istifadə olunmaq üçün, hər kəsə izn verir".