AK Ukraynanın Rusiya ilə danışıqlar aparmadan Avropa Birliyinə daxil olmasına icazə verib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Rusiya ilə danışıqlara başlamağa razı olsa belə, Avropa Birliyinə daxil olmaq üçün infrastrukturunu, qaydalarını dəyişməli, müəyyən mərhələlərdən keçməli olacaq. Bu barədə Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton  bildirib. 

Breton qeyd edib ki, Rusiya-Ukrayna danışıqlarının başlaması üçün Aİ Ukraynaya imkanlar verməlidir ki, onun vasitəsilə qüvvələr balansına uyğun olaraq, lazımi anda qərar qəbul etsin.

Avropa komissarı xatırladıb ki, Avropa İttifaqı ölkələri 2023-cü ildə Ukrayna hərbçilərinin təlimi ilə bağlı razılığa gəliblər və gələn il Ukraynaya raketlər də daxil olmaqla 1 milyon döyüş sursatı tədarükünü təmin etmək üçün ilk dəfə olaraq bütün silah zavodlarını açmağa razılaşıblar. 

Breton əlavə edib ki, Aİ qarşısında Rusiya və Ukrayna arasında silah paritetini təmin etmək vəzifəsi durur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31