Macarıstan İsveçi NATO-ya qəbul edib-etməməkdə qərarsızdır - ÖZƏL

Macarıstan İsveçin NATO- ya daxil  olmasını təsdiqləyəcəyindən əmin deyil. Bunu hakim Fides partiyasının parlament spikeri deyib.

Türkiyə və Macarıstan İsveçin NATO-ya üzv olmaq ərizəsini hələlik ratifikasiya etməyiblər. 2022-ci ilin iyulunda Macarıstan parlamentində ratifikasiya dayandırıldı, Budapeşt İsveç siyasətçilərinin Macarıstanın iddia edilən demokratik geriyə doğru getməsi ilə bağlı bəyanatlarına görə İsveçin NATO üzvlüyündən narahatlığını ifadə edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç alyansa daxil olmaq üçün şərt kimi Türkiyə qarşısında götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib. "İsveçin NATO-ya daxil olması ilə bağlı protokollar Türkiyə Böyük Millət Məclisinə göndərilib  , o, məsələ ilə bağlı tez bir zamanda qərar qəbul edə bilər, lakin İsveç vədlərinə sadiq qalmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31