“Ölüm hallarının artması COVID-19-un bitməyəcəyini göstərir”
6 Sentyabr 2023 23:35 Dünya"Yaxın Şərq, Asiya və Avropada COVID-19 səbəbindən ölüm və xəstəxanaya yerləşdirilmələrin sayının artması virusun bitməyəcəyini göstərir".
Olaylar.az report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə deyib.
O bildirib ki, Yaxın Şərq və Asiyanın bəzi bölgələrində COVID-19 səbəbiylə ölüm halları, Avropada isə bu virusla əlaqədar reanimasiya şöbələrinə yerləşdirmələr artır. "Bu kimi hallar göstərir ki, COVID-19 bizimlə olacaq və hələ də onunla mübarizə aparmaq üçün alətlərə ehtiyacımız olacaq", - ÜST rəhbəri söyləyib.
Onun sözlərinə görə, dünya ölkələrinin 25 %-dən az hissəsi ölüm və xəstəxanaya yerləşdirilmə halları ilə bağlı məlumat verməyə davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31