"Ermənistan KTMT-nin üzvüdür və biz reallıqdan çıxış edirik”

AB-də Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatları böyük fantaziyadır.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

"Bu, böyük bir fantaziyadır. Ermənistan KTMT-nin üzvüdür və biz reallıqdan çıxış edirik", - o bildirib.

Qruşko bildirib ki, Moskva və İrəvan müttəfiq olaraq qalır və hərbi əməkdaşlığı gücləndirəcək:

"Biz hərbi və siyasi əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik. Bu, bizim müttəfiqimizdir və təhlükəsizlik sahəsində bir-birimizə arxalanırıq. Əminəm ki, bu sabitlik bizim ikitərəfli münasibətlərimizdə gələcək illər və illər üçün həlledici olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31