Ukraynaya 175 milyonluq YARDIM

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 175 milyon dollar dəyərində növbəti hərbi yardım paketini elan edib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.

Yardım paketinə Abrams tankları üçün 120 mm-lik tükənmiş uran mərmiləri, HİMARS üçün mərmilər, hava hücumundan müdafiə sistemlərini dəstəkləyən avadanlıqlar, 155 mm və 105 mm çaplı artilleriya mərmiləri, minaatan mərmiləri, Javelin, TOW və AT-4 tank əleyhinə sistemlər, 3 milyondan çox patron daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31