Ukrayna ordusu Baxmutda rusları sıxışdırdı
6 Sentyabr 2023 22:48 DünyaHücum əməliyyatları nəticəsində Ukrayna Müdafiə Qüvvələri Baxmutun cənubunda qismən uğur qazanaraq düşməni mövqelərindən sıxışdırıb çıxarır və bu xətlərdə möhkəmlənir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Müdafiə Qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir.
Həmçinin, Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31