Türkiyədə 120-a yaxın qanunsuz miqrant saxlanılıb
6 Sentyabr 2023 22:43 DünyaTürkiyənin Ədirnə və Muğla şəhərlərində 119 miqrant saxlanılıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, Ədirnədə Bolqarıstana keçməyə cəhd edən 89 qanunsuz miqrant yaxalanıb. Saxlanılanlardan 55-i Suriya, 34-ü isə İraq vətəndaşıdır.
Muğlada isə 30 qanunsuz miqrant saxlanılıb.
Əməliyyat zamanı qeyri-qanuni miqrantlar deportasiya olunmaq üçün geri qaytarma mərkəzinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31