Milli geyimdə olan şagird dərsə buraxılmadı - FOTO

Fransanın Lion şəhərində az yaşlı qız kimono (Yaponiyanın milli geyimi) geyindiyi üçün dərslərə buraxılmayıb.

Olaylar.az lent.az-a istinadən bildirir ki, gənc qızın vəkili Nabil Boudi "X" sosial media platformasında verdiyi açıqlamada, məktəbə kimono geyinərək gələn qız geyiminə görə dərsdən çıxarılıb. Açıqlamada kimonosunu çıxarmaq istəməyən qızın məktəb direktorunun yanına aparıldığı və dərslərə buraxılmadığı bildirilib.

Müdir gənc qıza geyindiyi paltarla məktəbdə qala bilməyəcəyini bildirib. Bu hadisənin son vaxtlar məktəblilərə verdiyi göstərişlərdən biri olduğu vurğulanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31