"Hansısa katibənin sözlərini şərh etmək fikrində deyiləm" - Simonyandan Zaxarovaya

Hansısa qurumdakı hansısa katibənin sözlərini şərh etmək fikrində deyiləm.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni rəsmilərinə yönəlik tənqidinə cavabında deyib.

"Mən deməzdim ki, Ermənistanla Rusiya arasında gərginlik artıb, sadəcə olaraq elə bir vəziyyət yaranıb ki, çoxlu suallar var və cavab yoxdur", - Simonyan bildirib.

Qeyd edək ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanı verdiyi açıqlamalarından dolayı onu məsuliyyətli olmağa dəvət etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31