Blinken Ukraynanı dəstəklədiyinə görə Polşaya minnətdarlığını bildirib - ÖZƏL
6 Sentyabr 2023 20:39 DünyaABŞ dövlət katibi Entoni Blinken Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə telefon danışığı zamanı Kiyevə "səxavətli davamlı yardıma" görə Varşavaya təşəkkür edib.
Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
Olaylar.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.
"Katib NATO birliyinin vacibliyini vurğuladı və təhlükəsizliyimizə qarşı yaranan təhdidlərlə bağlı müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələri davam etdirdi", - Miller bildirib.
O qeyd edib ki, Blinken Polşanın "Ukrayna və onun xalqına səxavətli davamlı yardımını" alqışlayır.
Sentyabrın 6-da Blinken rəsmi səfərlə Kiyevə gəlib. ABŞ administrasiyasının rəsmisinin Ukraynaya dəyəri 1 milyard dollardan çox olan yeni yardım paketini açıqlaması gözlənilir.
Kiyevdə Blinken deyib ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiyaya qarşı əks-hücumunda "görünür irəliləyiş" görüb. Onun sözlərini CNN sitat gətirir.
"Biz əks-hücumda əhəmiyyətli irəliləyiş gördük, bu, çox ümidvericidir" dedi ABŞ rəsmisi.
Onun sözlərinə görə, Vaşinqton istəyir ki, Ukrayna təkcə uğurlu hücum üçün deyil, həm də uzunmüddətli perspektivdə güclü çəkindirici, güclü müdafiə imkanları təmin etmək üçün lazım olan hər şeyə malik olsun.
Bundan əvvəl Blinken Şmıqalla Ukraynanın bərpasını müzakirə edib.