FSB Rostov vilayətinin hərbi obyekti ilə bağlı məlumatları Ukraynaya ötürən şəxsi saxlayıb - ÖZƏL
6 Sentyabr 2023 14:06 Dünya"Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynaya hərbi obyekt haqqında məlumat ötürməkdə şübhəli bilinən Rostov vilayətinin sakinini saxlayıb".
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı FSB-nin mətbuat xidmətindən bildiriblər.
"Rostov vilayətinin FSB-si düşmənin maraqları naminə Rusiya hərbi birləşmələrinin yerləşdiyi yer barədə məlumat toplayan 23 yaşlı Rusiya vətəndaşının qanunsuz fəaliyyətinin qarşısını alıb. Şübhəli şəxs saxlanılıb. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi ("Dövlətə xəyanət") ilə cinayət işi açılıb" - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31