İranlı zəvvarların çantasından insan skeletləri çıxdı
6 Sentyabr 2023 13:47 DünyaKərbalaya ziyarətə gedən iki iranlının çantasında insan skeletləri aşkarlanaraq götürülüb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, skletlər 28 və 6 il əvvəl ölən qadın və kişiyə məxsusdur.
Saxlanılanlar skletlərin ata və analarına məxsus olduğunu deyiblər.
Onların sözlərinə görə, ata-anaları İraqda dəfn olunmaları barədə vəsiyyət ediblər və bunun üçün onların skletlərini özləri ilə Kərbəlaya aparmaq istəyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31