Qazaxıstanda qarayara xəstəliyinə yoluxanların sayı artır - ÖZƏL

Qazaxıstanın şimalında , Akmola vilayətində 15 nəfər qarayara şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bu barədə respublikanın Səhiyyə Nazirliyi  xəbər verir.

"Akmola vilayətində əhali arasında qarayara şübhəsi ilə 15 xəstəliyə yoluxma faktı qeydə alınıb.Bütün xəstələr Akmola vilayətinin Esil rayonu, Esil şəhər mərkəzi rayon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağırdır, onlara müvafiq müalicə göstərilir", - deyə məlumatda bildirilir.
Sibir yarası Avrasiyanın bu regionuna endemikdir, lakin son illərdə qarayara xəstəliyinin yayılması sporadik olmuşdur. Hazırda həkim nəzarəti altında, həmçinin qarayara xəstəliyinə yoluxanlarla təmasda olan 35 nəfərin olduğu məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31